Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Alazan Baycan. “Əsərləri” (“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyası, V cild)

08-02-2022 [ 21:36 ] [ oxunub:186 ]
printerA+ | A-
101949

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının V cildi – Alazan Baycanın “Əsərləri” “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitab İnstitut Elmi Şurasının 17 iyun 2021-ci il tarixli 4 saylı iclas protokolunun qərarı ilə nəşr edilib.

Kitaba Azər­bay­can mü­ha­ci­rət ədə­biy­ya­tı­nın nisbətən az ta­nın­mış nü­ma­yən­də­si Ala­zan Bay­ca­nın (1913-1989) şe­ir­lə­ri, poe­ma­la­rı, al­man poe­zi­ya­sın­dan tər­cü­mə­­ləri və mək­tub­la­rın­dan ör­nək­lər da­­xil edil­­ib. Mü­ha­cir şai­rin ədəbi ir­si ki­tab ha­lın­da və­tə­nin­də ilk də­fə nəşr olu­nur.

Seriyanın baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Cildin tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

Hazırda İnstitutda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının növbəti cildləri üzərində işlər davam etdirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi