Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Ədəbiyyat İnstitutu Yunus Əmrənin “Divan”ını çap edib

22-12-2021 [ 10:49 ] [ oxunub:115 ]
printerA+ | A-
101783

        Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yunus Əmrənin “Salam olsun” (“Divan”) kitabını çap edib. Kitab 2021-ci il qardaş Türkiyədə YUNESKO-nun qərarı ilə “Yunus Əmrə ili” elan olunmasına töhfə olaraq nəşr edilib. “Divan” Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli 7 saylı qərarı ilə işıq üzü görüb.

        Nəşrin ideya müəllifi və “Yunus Əmrə dastanı” adlı ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. “Divan”da Əbdülbaqi Gölpınarlının “Yunusun yaşadığı çağ” (1971) və Mustafa Tatçının “Yunus Əmrə şeirinə sözbaşı” (2021) araşdırmaları da yer alıb. Kitabın tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovadır.

        Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasında sadiq qalan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun çap etdirdiyi kitab XIII əsr Türk şairi Yunus Əmrənin Türkiyədə müxtəlif illərdə çap olunmuş divan nəşrlərindən istifadə olunmaqla tərtib olunub. Burada şairin müxtəlif məzmunlu ilahiləri ilə yanaşı, əxlaqi-fəlsəfi, dini-tərbiyəvi baxışlarını əks etdirən öyüd-nəsihət əsəri “Risalətün-Nüshiyyə” didaktik məsnəvisi, Fatih Köksalın yeni tapdığı 17 şeiri və Vatikan nüsxəsinə aid iki şeiri də yer alıb. Kitabda geniş məzmunlu açıqlama və lüğətlər, şairin istifadə etdiyi tarixi mənbələr də əksini tapıb.

        “Elm və təhsil” nəşriyyatında çap olunan kitab 572 səhifədir.

SİZƏ MARAQLI OLA BİLƏR