Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfranslarda iştirak edib

30-10-2020 [ 12:47 ] [ oxunub:140 ]
printerA+ | A-
100224

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli ABŞ-ın Miçiqan Universitetində “Çağdaş Güney Azərbaycan ədəbiyyatının öndə gələn təmsilçiləri” mövzusunda onlayn tədbirdə məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Alim, həmçinin Amerika Türk Çalışmaları Assosasiyasının (AATT) keçirdiyi onlayn beynəlxalq konfransa məruzəsini təqdim edib. P.Məmmədli məruzəsində ABŞ-da elmi dərəcəyə yiyələnən ilk azərbaycanlı alimin kitabından söz açıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Ədəbiyyatşünas alimin   də "İran məşrutə hərəkatı-115! Və "Həmid Nitqidən sonra İran və Azərbaycanda  Türk renesansı" adlı məruzələri  zoom proqramı ilə   İstanbulda keçirilən onlayn beynəlxalq konfransda maraqla qarşılanıb. 

 

SİZƏ MARAQLI OLA BİLƏR