Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Ədəbiyyat İnstitutunun əməkdaşı Cavidə Məmmədova onlayn seminar keçirib və İstanbulda konfransda iştirak edib

16-06-2020 [ 09:50 ] [ oxunub:101 ]
printerA+ | A-
100057

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Cavidə Məmmədova 2020-ci il aprel ayında  Türkiyənin Bilimsel  Araştırma və Proje Geliştirme Derneği  tərəfindən Hüseyn Cavidin yaradıcılığı ilə bağlı seminar keçirmək üşün dəvət alıb. Qarşı tərəfin, yəni BAPGED-in təşəbbüsü və istəyi əsasında seminar Hüseyn Cavidin elm, təhsil, tədris haqqında bü gün də aktual olan görüşlərinə həsr olunub. “Hüseyn Cavid'in Bilim, Eğitim, Ve Öğretim üzerine düşünceleri” mövzusunda təşkil olunan seminar 09.04.2020-ci ildə online şəkildə keçirilib. Çoxsayda alimlərin, müəllimlərin, aspirant və tələbələrin iştirak etdiyi seminar böyük maraqla qarşılanıb. Sonda Cavidə Məmmədova mövzu ilə bağlı müxtəlif sualları cavablandırıb, yeri gəldikcə Hüseyn Cavidin bədii yaradıcılığı, romantik görüşləri haqqında da məlumat verib.

 Cavidə Məmmədova  eyni zamanda  Türkiyədə onlayn Konfransda iştirak edib

6-17 may 2020-ci il tarixində İstanbulda “Sosyal Bilimler ve Eğitim Bilimleri Öğrenci Kongresi” mövzusunda keçirilən konfransda Bilim Kurulunda yer almaqla iştirak etmişdir. Konfrans onlayn şəkildə keçirilmişdir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR