Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA Rəyasət Heyəti aparatının strukturu təkmilləşdirilib

18-01-2023 [ 09:01 ] [ oxunub:75 ]
printerA+ | A-
103019

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yanvarın 16-da keçirilən növbəti iclasında AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda bir sıra dəyişikliklər edilməsi müzakirə olunub.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanın icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən 19 avqust 2022-ci il tarixli qərar qəbul olunub. Qərarın 2-ci bəndinə əsasən, Rəyasət Heyəti aparatının mövcud strukturunun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılması zərurətini nəzərə alaraq, Rəyasət Heyəti aparatının yeni strukturu yaradılıb. AMEA rəhbəri diqqətə çatdırıb ki, hazırda beynəlxalq təcrübədə elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqinə, kadrların potensialından daha səmərəli istifadəyə imkan verən optimal struktur modellərinin təşkili təcrübəsi Rəyasət Heyəti aparatının strukturuna, onun şöbələrinin fəaliyyət istiqamətlərinə və bundan irəli gələrək həmin şöbələrin adlandırılmasına yenidən baxılması zərurətini yaradıb.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib. Rəyasət Heyətinin qərarı ilə əlavə maliyyə vəsaiti tələb etmədən daxili imkanlar hesabına aparatın Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi Elm və təhsil şöbəsi, Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi, Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi, Hüquqi təminat şöbəsi Hüquq şöbəsi, Ümumi şöbə Sənədlərlə iş şöbəsi, Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi isə Elmi irs şöbəsi kimi müəyyən edilib. Maliyyə şöbəsi ləğv edilərək, onun bazasında Maliyyə və mühasibat şöbəsi yaradılıb.

©  www.science.gov.az 

SİZƏ MARAQLI OLA BİLƏR