Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Nizami Gəncəvi haqqında monoqrafiya Pakistan ictimaiyyətinə təqdim olunub

23-12-2022 [ 11:50 ] [ oxunub:133 ]
printerA+ | A-
102972

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin Lahor Dövlət Kollec Universiteti tərəfindən urdu dilində nəşr edilmiş "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" adlı kitabı Pəncab vilayəti qubernatorluğunda keçirilən iclasda Pakistan ictimaiyyətinə təqdim olunub.

Təqdimat mərasimində Pəncab vilayətinin qubernatoru Muhammad Baligh Ur Rəhman, Lahor Dövlət Kollec Universitetinin rektoru, professor Əsgər Zaidai, həmin universitetin Urdu dili və ədəbiyyatı kafedrasının müdiri, professor Saima İmra, professorlar Grhafev Şahzad və Amjad Tufail çıxış edərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin Şərq ədəbiyyatının inkişafındakı rolundan və təqdim olunan kitabın ədəbi əlaqələrin inkişafındakı əhəmiyyətindən bəhs ediblər. "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabını urdu dilinə Lahor Dövlət Kollec  Universitetinin dosenti Almaz Xanum tərcümə edib.

Tədbirdə akademik İsa Həbibbəyli və Pəncab vilayətinin qubernatoru Muhammad Baligh Ur Rəhman qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR