Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Gənc alimlərin yay düşərgəsi”ndə Ədəbiyyat İnstitutunun əməkdaşı ilə multidisiplinar gündəm

13-08-2022 [ 22:45 ] [ oxunub:58 ]
printerA+ | A-
102649

Lənkəran rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Gənc alimlərin yay düşərgəsi” təşkil olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu yay düşərgəsində Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin kiçik elmi işçisi, dissertant, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Orxan İsayev təmsil edib.

Əməkdaşımız düşərgədə təşkil olunan bir sıra əyani-praktik təlimlərə, treninqlərə qatılıb, avqustun 9-da müxtəlif elm sahələrini təmsil edən gənc alim və mütəxəssislər qarşısında “Ədəbiyyatın digər elm sahələrinə təsiri” adlı məruzə ilə çıxış edib.

Orxan İsayev “Gənc alimlərin yay düşərgəsi”ndə təşkil edilmiş “Xəmsə” intellektual oyununun və şahmat yarışının qalibi olub.

Azərbaycanda fundamental elmin, akademik tələblərin, milli ənənələrin inkişafını gücləndirmək, gənclərin inter və multidisiplinar interqasiyasını təmin etmək, fərdi, institutsional və intelektual inkişafa təkan vermək, elmin tədqiqat, innovasiya, müasir mühəndislik və təhsildə rolunu müəyyənləşdirmək məqsədi ilə təşkil olunan yay düşərgəsi avqustun 11-də başa çatıb.

FOTO QALEREYA