Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli Tbilisidə keçirilən beynəlxalq konqresdə məruzə ilə çıxış edib

04-08-2022 [ 11:19 ] [ oxunub:58 ]
printerA+ | A-
102641

Beynəlxalq Komparavistika Assosiasiyasının XXIII konqresi Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib. Gürcüstan Respublikası Elmlər Akademiyasının Şota Rustaveli adına Fondunun və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun bazasında təşkil olunan beynəlxalq konqresdə 34 ölkənin 300-dən çox tanınmış alimləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq konqresdə “Çoxmetodlu ədəbiyyata keçid və yeni ədəbi cərəyanların formalaşması prosesi” mövzusunda elmi məruzə ilə çıxış edib.

Akademik İsa Həbibbəyli konqres çərçivəsində tanınmış fransız yazıçısı, Konkur mükafatı laureatı Jan Lük Koatalem ilə keçirilən görüşdə də iştirak edib.

Eyni zamanda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Tbilisi şəhərindəki heykəlini ziyarət edib.

FOTO QALEREYA