Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyatşünaslarımız V Beynəlxalq “Həmzə Nigari” Simpoziumunda iştirak etdi

24-05-2022 [ 08:40 ] [ oxunub:54 ]
printerA+ | A-
102427

17-19 may tarixlərində Ağdam rayonu Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il Şuşa ilinə həsr edilən Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu keçirilib. Simpoziumda  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri -  filologiya elmləri doktorları Tahirə Məmməd, Pərvanə Bəkir qızı, Xuram Hümmətova, filologiya üzrə fəlsəfə doktoru  Zəhra Allahverdiyeva da iştirak ediblər. 

Mayın 18-də Simpozium Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində iki zalda dörd bölmədə öz işini davam etdirib. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani araşdırmaları, Nəqşibəndilik araşdırmaları, Xəlvətilik araşdırmaları, Sufizm araşdırmaları, İslam araşdırmaları, Türk dünyası araşdırmaları, Qafqaz araşdırmaları, Qarabağ araşdırmaları, Şuşa şəhəri araşdırmaları, Bərpa və konservasiya araşdırmaları, Ədəbiyyat araşdırmaları, Sənətşünaslıq araşdırmaları kimi mövzularda məruzələri dinlənilib. Simpozium günlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət İqtisad Univeristetinin tələbələrinin Qarabağa və Həmzə Nigariyə həsr etdiyi rəsm və dekorativ işlərinin sərgisi nümayiş olunub.
Mayın 19-da Simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində tarix-mədəniyyət abidələrini, o cümlədən Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət ediblər.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR