Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Mahirə Quliyeva. Füzuli zirvəsi və Vaqif başlanğıcı

01-03-2021 [ 12:26 ] [ oxunub:146 ]
printerA+ | A-
100598

Mahirə Quliyeva. Füzuli zirvəsi və Vaqif başlanğıcı. “ Elm və Təhsil”, Bakı, 2021, 224 səh.                                                                                     

Kitabda Mir Cəlalın “...böyük şairin şeir dilinin bədii xüsusiyyətlərini, ecaskar təsir qüdrətini müəyyənləşdirmək ücün onun hər bir əsərinin poetikası üzərində dərin ətraflı ...iş aparılmalıdır”, - tövsiyyəsi  əsas  götürülməklə  Füzuli bədiyyatının bəzi  incə məqamları və milli ədəbiyyatımızın səciyyəvi yönlərindən irəli gələn füzulisayağı  yeni poetik vasitələri öz təhlinini tapır.

      Poeziya  tariximizdə Füzuli məktəbindən sonra  yeni  dövr  Vaqiflə başladığı ücün hər iki şairin yaradıcılıqlarındakı kəsişən və kəsişməyən məqamları  izləmək  başlıca amalımız olsa da, əsərin yazılması 44 günlük müharibə dönəminə düşdüyü üçün ən əsası, Vaqifin Qarabağ xanlığının xarici siyasətini istiqamətləndirmə və möhkəmləndirməsində əvəzsiz xidmətləri  olduğundan şairin təkcə yaradıcılığından deyil, həyatından, Qarabağdakı xidmətlərindən  də söz açmağı qarşımıza məqsəd qoyduq.

      Qeyd edək ki, kitabın "Füzuli zirvəsi və Vaqif başlanğıcı".adlandırılması nəşrin elmi məsləhətçisi  AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin razılığı ilə qərara alınmışdır. Kitabın  sonunda  isə XVIII əsr ədəbi prosesini təqdid edən, bu  dövr  ədəbiyyatını  əhəmiyyətini işıqlandıran və tarixi faktlarla ədəbiyyatın qovşağında Molla Pənah Vaqif  haqqında monoqrafiya yazan “Məmməd  Araz  Dadaşzadənin ömür yolu” adlı məqaləni  də əlavə etdik.

FOTO QALEREYA