Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Azərbaycan ədəbiyyatşünaslığı”: 2020, 1-ci sayı

07-12-2020 [ 15:35 ] [ oxunub:170 ]
printerA+ | A-
100370

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının 2020-ci ildə birinci sayı işıq üzü görüb.

Nəşrin baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

Jurnal akademik İsa Həbibbəylinin “Möhtəşəm azərbaycançılıq hadisəsi” məqaləsi ilə açılır.

Vəsaitin bu sayı “Azərbaycan ədəbiyyatı”, “Mətbuat tarixi”, “Folklorşünaslıq”, “Resenziya”, “Yubileylər” və “Xronika-2020” rubrikalarından ibarətdir.

Qeyd edək ki, sözügedən jurnal 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunub. 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. Nəşrin beynəlxalq redaksiya heyətində Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Hindistan, Polşa, Monqolustan, Tatarıstan (Rusiya Federasiyası) alimləri yer alır.