Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Üzeyir Hacıbəyli-135: beynəlxalq konfransda professor Tahirə Məmməd məruzə edib

23-11-2020 [ 11:55 ] [ oxunub:169 ]
printerA+ | A-
100350

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri professor Tahirə Məmməd Türkiyə Qars Qafqaz Universitetinin Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə keçirdiyi beynəlxalq konfransda “Üzeyr Hacıbəylinin kiçik həcmli dramlarında forma və məzmun, janr problemi” mövzusunda məruzə ilə   çıxış edib.

Məruzədə Ü.Hacıbəylinin kiçik həcmli dramlarında XX əsrin başlanğıcının regional və qlobal problemlərinin bədii əksi üsullarından, müəllif idealı və müəlif mövqeyinin məzmunda ifadəsindən, pyeslərin günümüzlə səsləşən aktual məqamlarından  bəhs olunub. Eyni zamanda, kiçik həcmli pyeslərin janr təsnifatı aparılıb.

Tahirə Məmməd məruzəçi kimi çıxış etməklə bərabər, həm də konfransın elmi idarə heyətinin üzvü olubdur.

Konfrans materialları universitetin saytına yerləşdirilib və kitab halında çap edilib.