Fevralın 6-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatı", “Dünya ədəbiyyatı” və "Ədəbiyyat nəzəriyyəsi" ixtisasları üzrə doktoranturaya qəbul imtahanları keçirilib. İmtahanda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna sənəd vermiş namizədlər iştirak etdi. İmtahanda komissiyanın sədri akademik İsa Həbibbəyli, Təhsil şöbəsinin müdiri sos.f.d. Samir Səttarov və digər komissiya üzvləri iştirak etdilər. Namizədlərlə tanış olduqdan sonra komissiyanın sədri akademik İsa Həbibbəyli imtahanın elektron qaydada, şəffaf və obyektiv keçirilməsi haqqında məlumat verdi. Daha sonra Təhsil şöbəsinin müdiri sos.f.d. Samir Səttarov namizədləri imtahanın keçirilməsi qaydaları ilə tanış etdi. İmtahan başa çatdıqdan sonra namizədlər qiymətləri ilə tanış oldu.