AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu AMEA-nın Prezidenti akademik Akif Əlizadənin 797 nömrəli sərəncamına əsasən 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2017-cı il dekabrın 26-dan hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Təhsil şöbəsində qəbul ediləcək.