İlk növbədə onu qeyd etmək lazımdır ki, hələ VII-X əsrlərdə qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşünün yanaşı inkişaf etməsi sonrakı əsrlərdə tədricən qarşılıqlı inteqrasiya proseslərinin genişlənməsinə səbəb olmuşdur.
Xüsusən, X əsrdən etibarən “Ərəb xilafəti imperiyası həm də coğrafi mənada daha çox Şərq hadisəsi kimi mövcud olmuşdur” (Adam Mets). İslam - dünyanın böyük bir hissəsində yeni bir epoxanı meydana çıxarmış, mühüm sivilizasiya faktına çevrilmişdir.