“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 22 sentyabr 2017-ci il tarixli 639 №-li sərəncamına əsasən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi keçirilir. Müsabiqədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təhsil alan doktorantlar, dissertantlar və magistrantlar iştirak edə bilərlər.
Müsabiqənin keçirilmə tarixi: 16, 17, 18 oktyabr, saat 11:00 – 14:00
Müsabiqənin keçirilmə yeri: Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsi
Müsabiqə aşağıdakı mərhələlərdən ibarətdir:
1. “Mənim Akademiyam”, “Mən bu ixtisası niyə seçdim?” və “Ana dilim –
varlığımdır” mövzularında inşa yazıları;
2. Klassik və müasir Azərbaycan poeziyasının seçmə nümunələrindən əzbərdən şeir dinlənilməsi;
3. Bir dəfə oxunmuş mətn əsasında ifadə yazıları;
4. Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanılması;
5. Azərbaycan dilinin dialekt sözlərinin deyilməsi və izah edilməsi ilə bağlı
müsahibə;
Müsabiqədə qalib gələn 5 nəfər müsabiqənin növbəti mərhələsinə buraxılır.
Müsabiqənin qalibləri üçün aşağıdakı məbləğdə mükafatlar müəyyən edilmişdir:
I yer – 1 nəfər – 1500 (bir min beş yüz) manat
II yer – 2 nəfər – hər biri üçün 1200 (bir min iki yüz) manat
III yer – 3 nəfər – hər biri üçün 1000 (bir min) manat
Müsabiqədə iştirak etmək üçün lazım olan formanı 15 oktyabr 2017-ci il tarixinə qədər Təhsil şöbəsinə (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, IV mərtəbə, otaq 470) təhvil vermək lazımdır. Formanı buradan yükləyə bilərsiniz.