AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Dr. Samir Səttarov Polşa Respublikasının Keltse şəhərində Yan Kochanovski adına Universitetin impakt faktorlu “Siyasi elmlər illiyi” (Political science annual) elmi jurnalının redaksiya heyətinin üzvü seçilib. Jurnal dünyada baş verən siyasi və ictimai proseslər haqqında elmi məqalələri polyak və ingilis dillərində nəşr etdirilir.