Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

MÜSABİQƏLƏR.MÜKAFATLAR

AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinə diplomlar təqdim olunub

25-05-2017 [ 10:32 ] [ oxunub:135 ]
printerA+ | A-
4765647656

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın yeni seçilmiş 16 həqiqi və 25 müxbir üzvünə diplomlar təqdim olunub.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə yeni üzvləri təbrik edərək onlara elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, Azərbaycan elminin davamlı inkişafı naminə səfərbər olmağa çağırıb. 

Akademik ötən ay keçirilən AMEA-nın Ümumi yığıncaqlarından söz açıb. Qeyd edib ki, bu tədbirlərdə Azərbaycan elminin inkişafı və respublikanın ictimai-mədəni həyatı üçün mühüm olan bir sıra məsələlər müzakirə edilib: “Akademiyanın ölkə Prezidenti İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin həyata keçirilməsində AMEA-nın yaxından iştirakının təmin edilməsi, AMEA-da prioritet istiqamətli elmi tədqiqatlara üstünlük verilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul olunub, AMEA üzvlüyünə seçkilər keçirilib”.

Tədbirdə AMEA prezidenti Akademiyanın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələri təqdim edib. Xatırladaq ki, Nizami adına Ədəbiyyat İnstitutundan Nüşabə Araslı və Tehran Mustafayev müxbir üzvlüyünə seçiliblər. 

FOTO QALEREYA