Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub

07-04-2017 [ 13:14 ] [ oxunub:222 ]
printerA+ | A-
42111

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.  
 
APA-nın xəbərinə görə, layihə barədə komitə sədri İsa Həbibbəyli məlumat verib. O bildirib ki, qanun layihəsi hazırlanarkən bir neçə nazirliyin rəyi alınıb: "Nazirliklərin təkliflərinin üzərində düşünmüşük”.
 
Layihənin 7.6-cı maddəsi bərpa edilib. Burada məktəbəqədər təhsilin məzmununun nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyən edilməsini nəzərdə tutur.
 
İ. Həbibbəyli qeyd edib ki, əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər, lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə qanun layihəsində məktəbəqədər təhsil müəsissəsinə ali pedoqoji ixtisas təhsili alan mütəxəssislərin də təyin edilməsi təklif olunur: "Məktəbəqədər təhsil müəssisələrində  loqoped və defektokların ali pedaqoji ixtisaslı olması vacibdir”.
 
Layihə üçüncü oxunuşda plenar iclasa tövsiyə olunub. 
 

SİZƏ MARAQLI OLA BİLƏR