Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Fəlsəfə doktorları

Yaqubova Maral Rafiq qızı

14-02-2017 [ 15:38 ] [ oxunub:554 ]
printerA+ | A-

Vəzifəsi: Elmi işçi

Əlaqə: xidməti tel.: (+994 12) 539 10 28; mobil tel.: (+994 55) 7434167

E-mail: yaqubova.maral@mail.ru

Anadan olduğu yer: Azərbaycan Respublikası, Tovuz rayonu, Dönük Qırıqlı kəndi

Təvəllüdü: 01.02.1984

Bitirdiyi ali təhsil müəssisəsi: Bakalavr: Bakı Slavyan Universiteti, filoloq (Azərbaycan dili və ədəbiyyatı) ixtisası (2001-2005); Magistratura: Bakı Slavyan Universiteti, filologiya istiqamətinin Azərbaycan ədəbiyyatı ixtisaslaşması üzrə (2005-2007); - Doktorantura: AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Ədəbiyyat nəzəriyyəsi şöbəsi (2008-2011) 

Elmi dərəcəsi: Filologiya üzrə fəlsəfə doktoru Namizədlik (PhD) dissertasiyasının mövzusu: «Müstəqillik dövrü Azərbaycan nəsrində retrospeksiya» 10.01.08 Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 35

- xaricdə çıxmış elmi əsərlərinin sayı: 5

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 1

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrantların verilməsi üzrə 2013-cu ildə 2-ci Gənc Alim və Mütəxəssislərin müsabiqəsində «Elmin və informasiya kommunikasıya texnologiyalarının inkişafının müasir bədii yaradıcılıq prosesinə təsiri» mövzusunda fundamental xarakterli tədqiqat layihəsi ilə qalib olmuşdur

Əsas elmi nailiyyətləri: «Müstəqillik dövrü Azərbaycan nəsrində retrospeksiya» mövzusunda yazdığı dissertasiya sında retrospeksiyanın konseptual-nəzəri şərhini vermiş, ədəbi-nəzəri kateqoriya kimi statusunu müəyyənləşdirməyə çalışmışdır. Bu mövzunu Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə filologiya elmləri üzrə fəlsəfə doktorluğu səviyyəsində araşdırmışdır. - Postmodern nəsrdə zaman və məkanın bədii strukturunun nəzəri şərhi istiqamətində elmi işlər yazmışdır.

Elmi əsərlərinin adları: 1. Keçmiş ədəbi estetik hadisələrin müasir interpretasiyasında fərqli üsullar: Leyli və Məcnun süjeti əsasında. Türk dili ve edebiyatı araştırmaları dergisi. Ege Universitesi Edebiyat Fakültesi yayınları. Sayı 21, Temmuz/Aralık 2011, İzmir s.117-150;

2. Müasir nəsrdə retrospeksiyanın bədii-estetik funksiyası (Yusif Səmədoğlunun «Qətl günü»romanı əsasında). AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, «Filologiya məsələləri», Bakı, 2009, №9, s. 350-361;

3. Roman strukturunda retrospeksiya. Bakı Slavyan Universitetinin Elmi Əsərləri, Dil və ədəbiyyat seriyası, Bakı, 2011, №1. s.130-136;

4. Bədii zamanın fəlsəfi-estetik mahiyyəti və retrospeksiya. Humanitar elmlərin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı, Mütərcim, 2012, №1, s.129-132;

5. Bədii mətndə retrospeksiyanı gerçəkləşdirən vasitə və formalar. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, «Filologiya məsələləri». Bakı, 2012, № 4, s. 359-365;

6. Geriyə dönümün anlatım tekniği farklı edebi akımlarda Töpk əлeмı: тaриx жəнe kaзıргı заман Xaлыкарылыk Töрктану симпозиумы макалалар жинагы 2011 жылгы 28-29 сəjир. Aстана, 2011, s.467-472.

Digər fəaliyyəti: AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasının sədr müavinidir; «Poetika.izm» jurnalının məsul katibidir; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Viki qrupunun üzvüdür