Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmlər doktorları

Mehrəliyev Elçin Əli oğlu

04-02-2017 [ 21:01 ] [ oxunub:271 ]
printerA+ | A-

Anadan olduğu yer: Azərbaycan Respublikası, Ağdam rayonu, Güllücə kəndi

Təvəllüdü: 18.05.1952

Bitirdiyi ali təhsil müəssisəsi: S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti)

Namizədlik (PhD) dissertasiyasının mövzusu: Müharibə və ədəbiyyat (90-cı illərin Azərbaycan ədəbiyyatı əsasında) - 5716.01 - Azərbaycan ədəbiyyatı 

Doktorluq dissertasiyasının mövzusu: Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu - 5716.01 - Azərbaycan ədəbiyyatı

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 135

- xaricdə çıxmış elmi əsərlərinin sayı - 8

Əsas elmi nailiyyətləri:

- Müasir Azərbaycan ədəbiyyatının yeni mövzu və ideyalarının tədqiqi;

- Qarabağ mövzusunun Azərbaycan milli ədəbiyyatında təşəkkülü və inkişaf mərhələlərinin araşdırılması;

- Qarabağ folklor mühiti özünəməxsusluğunun tədqiqi;

- Azərbaycan şifahi söz sənətinin Qarabağla bağlı nümunələrində milli koloritin, tarixi və etnoqrafik xüsusiyyətlərin üzə çıxarılması;

- Azərbaycan yazılı ədəbiyyatında Qarabağla bağlı ilkin məlumatların çatdırılmasında sənədlibədii nəsrə meyl və poetik üslubdan istifadə xüsusiyyətlərinin tədqiqi;

- Azərbaycan torpaqlarına erməni təcavüzü hadisəsinin bədii ədəbiyyatda mövzu və problematika təkamülünə təsir dərəcəsinin aydınlaşdırılması;

- Qarabağ hadisələrinin bədii inikası nəticəsində ədəbiyyatın janr, üslub və sənətkarlıq meyllərinin müəyyənləşdirilməsi;

- Qarabağ müharibəsi mövzusunun ədəbiyyatda təşəkkülünün publisistikadan epik təsvirə qədər gedən yol, istiqamət kimi müəyyən edilməsi;

- Azərbaycan ədəbiyyatında multikultural ideyalar, multikultural mühiti sınaq dövrü həqiqətləri publisistikada, çoxmədəniyyətliliyin ədəbiyyata təsiri və s. kimi problemlərin araşdırılması.

Elmi əsərlərinin adları: 1. Hər kəs öz taleyini yaşayır. (Kitabda Almas İldırımın, Mikayıl Müşfiqin, tənqidçi-alim Nizami Cəfərovun yaradıcılığı və Şekspir “Otello”sunun qəhrəmanları haqqında elmi məqalələr verilmişdir. Bakı: Azərnəşr, 1998. - s. 272;

2. Мüаsir Azərbaycan poeziyasında müharibə mövzusu. «Dil və ədəbiyyət». - Bakı: 1999. - № 2 (24). - с. 83-88;

3. Müasir poyeziyada // «Azərbaycan» jur. - 1999. -  № 10. - с.176-183;

4. «Şəhidlər» - xalq mübarizəsi haqqında lirik təhkiyə kimi // Azərbaycan Emlər Akademiyasının Xəbərləri: (Ədəbiyyat, dil və incəsənət seriyası). - 2000. - № 1-2. - s.77-87;

5. Mühribə və nəsrimiz // «Azərbaycan» jurnalı. - 2000. - № 8. -s.175-183;

6. Müharibə və ədəbiyyat (Qarabağ uğrunda müharibə və 90-cı illərin ədəbiyyatı. - Bakı: Azərnəşr, 2000 - 14, 25 ç.v.;

7. İnsan – xeyirlə şər çarpışmasının təcəssümü. İnsana poetik, publisistik və elmi baxış. - Bakı: Günəş, 2001 - s. 45-62;

8. Bədii nəsrimiz: durğunluqdan canlanmaya // «Azərbaycan» jurnalı, 2005. - № 12. - s.138-147;

9. ХХ əsrin əvvəllərində erməni-müsəlman davası mövzusunda yaranan əsərlərin ideyaməzmun xisusiyyətləri. АМЕА-nın Xəbərləri (Qumanitar elmlər seriyası). - 2007. - № 3. - s.104-121;

10. Ədəbi proses haqqında düşüncələr. AMEA-nın Xəbərləri (Humanitar elmlər seriyası), №4. - Bakı: Elm, 2008. - s. 3-10;

11. Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu: ideya və sənətkarlıq məsələləri. - Bakı: Nurlan, 2008. - 21 ç.v.;

12. Sovet dövrü ədəbiyyatında Qarabağ mövzusuna ikili baxış // «Ədəbiyyat» məcmuəsi, (АМЕА- nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi əsərləri). - 2008. - XXI cild. - s.156-166;

13. Карабахский конфликт и позиция мирного сосуществонная в Азербайджанской литератуpе. Сегодня и завтра Российской экономики. - Москва: 2009. - № 31. - s. 221-226;

14. Zaman və ədəbiyyat - Bakı: “MBM”, 2009. - s. 110-124;

15. Особенности художественного отображения направленной против Азербайджана агрессии // «Литература при Черноморский край»  - 2012 - №12 - s. 116-119;

16. «Россия в современном азербайджанском военном романе», научно- публицистическом журнале «Энтелехия», в №27 за 2013 г.

17. Xocalı soyqırımı və ədəbiyyatın harayı. “Ədəbiyyat məcmuəsi” AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri, XXVII cild. - Bakı: Elm və təhsil, 2016-cı il.

18. Multikultural mühit və ədəbiyyat. AMEA-nın Xəbərləri. (Humanitar elmlər) 2016-cı il, 2-ci say.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü;

- Azərbaycan Yazıçılar Birliyinin üzvü;

- Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Digər fəaliyyəti: Bədii yaradıcılıq

Jurnalistlik fəaliyyəti: «Maarifçi» qəzetnin təsisçisi və baş redaktoru.

Təltif və mükafatları: «Qızıl qələm» mükafatı laureatı.

Əsas iş yeri və ünvanı: Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu, AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 115

Vəzifəsi: Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi

Əlaqə: mobil tel.(+994 55) 784 52 52; ev tel. (+994 12) 449 63 03

SİZƏ MARAQLI OLA BİLƏR