Anadan olduğu yer: Lerik rayonunun Mulalan kəndi
Təvəllüdü: 05.05.1954
Bitirdiyi ali təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti
Elmi dərəcəsi: Filologiya üzrə elmlər doktoru
Namizədlik (PhD) dissertasiyasının mövzusu: Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması
- 10.01.03 - SSRİ xalqları ədəbiyyatı, filologiya
Doktorluq dissertasiyasının mövzusu: Məhəmməd Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında (1905-1920-ci illər)
- 5716.01 - Azərbaycan ədəbiyyatı, filologiya
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 150
- xaricdə çıxmış elmi əsərlərinin sayı:10
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı -5
Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı - 1
Əsas elmi nailiyyətləri: 1. Azərbaycan romantizminin yaradıcılarından biri olan M.Hadinin yaradıcılığı barədə namizədlik və doktorluq dissertasiyaları;
2. M.Hadinin sağlığında ərəb əlifbalı müxtəlif mətbuat orqanlarında çıxan, bəziləri əlyazması şəklində olan, ədibin sağlığında və ölümündən(1920-ci il) sonra çıxan kitablarının heç birinə düşməyən altımışa qədər şeir və poetik tərcümə, yüzdən yuxarı nəsr, elmi və publisistik əsərinin üzə çıxarılaraq nəşrə hazırlanması (50 çap vərəqi həcmində);
3. Şeyx Səfiəddin Ərdəbilinin “Qara məcmuə” və digər başqa əsərlərinin ərəb əlifbasından müasir əlifbaya transliterasiya, ön söz, izah və şərhlər. - Bakı.- Cavidan-T, 2004. - 140 səh.
4. Əlirza Nabdil Oxtayın əsərlərinin toplanması, transliterasiya və tərcüməsi, müqəddimə, lüğət və şərhlər - Bakı: “Qoliot Qkup” QSC, 2009. - 168 səh.
5. Azərbaycan dili – orta təhsil,orta ixtisas məktəbləri və abituriyentlər üçün dərs vəsaiti: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.11.2006-cı il tarixli 822 saylı əmri ilə təsdiq edilmişdir - Bakı: 2006, 2009; 386 səh., 408 səh.
6. Məhəmməd Biriyanın əsərlərinin toplanması, ərəb əlifbasından latın qrafikasına transliterasiya edilərək müqəddimə, izah və şərhlər yazılmaqla nəşrə hazırlanıb çap edilməsi ( Bakı, “Elm” nəşriyyatı, 2010, 356 səh.) Qeyd: Buraya dini-fəlsəfi şeirlərin toplusu olan “Necə qan ağlamasın…(Bakı, “Yazıçı” nəşriyyatı, 1993, 144 səh), M.Hadi. Seçilmiş əsərləri – lüğət hissəsi (Bakı, “Şərq-Qərb”, 2005, 464 səh.), M.Şəhriyar. Seçilmiş əsərləri – müştərək müəlliflərlə ( Bakı, “Elm” nəşriyyatı, 2000, 490 səh.), S.Ə.Nəbati, X.Natəvan, Heyran xanım. Seçilmiş əsərləri (Bakı, “Çaşıoğlu”, 2005, 350 səh.), A.Bakıxanov. Seçilmiş əsərləri (Bakı, “Çaşıoğlu”, 2007, 246 səh.) kitablarının tərtibi, müqəddimə və şərhlər yazmaqla nəşr edilməsi.
Elmi əsərlərinin adları: 1. Sönməyən ocaq(tarixi-etnoqrafik və elmi-publisistik oçerklər) - Bakı: “Mütərcim”, 1997. - 432 səh.
2. M.Hadinin “İnsanların tarixi faciəlri, yaxud əlvahi intibah” poeması(monoqrafiya). - Bakı: “Elm” nəşriyyatı, 2001. - 121 səh.
3. M.Hadi yaradıcılığında “Həyat” və “Füyuzat” mərhələsi (monoqrafiya). - Bakı: “Qələm” MMC, 2009. - 148 səh.
4. Azərbaycan dili (dərslik). - Bakı: “Qələm” MMS, 2009. - 408 səh.
5. Məhəmməd Hadi və mətbuat – 1905-1920 (monoqrafiya). - Bakı: “Elm və təhsil”, 2011. - 448 səh.
6. Mən bir kitab, hər vərəqim min kitabdır (Məhəmməd Hadi haqqında məqalələr) - Bakı: “Elm və təhsil”, 2013. - 300 səh.
7. Ədəbiyyat sərhəd tanımır (Güney Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı məqalə və oçerkər) -Tehran: Ərcan dizayn, 2013. - 406 səh.(ərəb əlifbası ilə)
8. Sözün sehri (elmi-tənqidi məqalələr toplusu). - Bakı: “Elm və təhsil”, 2014 - 360 səh.
9. Ədəbiyyat sərhəd tanımır. - Bakı: “Elm və təhsil”, 2014. - 298 səh.
10. Azərbaycan, İran, Qazaxıstan və Ukraynanın nüfuzlu mətbuat orqanlarında (jurnallarda və elmi konfransların materiallarında) çıxan əlliyə qədər irihəcmli elmi məqalələr (bu məqalələr “Mən bir kitab, hər vərəqim min kitabdır”, “Ədəbiyyat sərhəd tanımır”, “Sözün sehri” kitablarına daxil edilmişdir)
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən D.01.131- Dissertasiya Şurasının Elmi Seminarının üzvü
Pedaqoji fəaliyyəti: 1975-1990-cı illərdə Biləsuvar və Lerik rayonlarında müəllim və məktəb direktoru,
- 2001-2008-ci illərdə “Odlar yurdu” Universitetində və Azərbaycan Müəllimlər İnstitutunda müəllim
Digər fəaliyyəti: Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan dili və ədəbiyyat dərsiklərinin monitorinqini keçirən Elmi Seminarın rəhbəri və TQDK-nın eksperti;
- Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurası Elmi Seminarının üzvü;
- “Türk dünyası” qəzeti baş redaktorunun müavini
Təltif və mükafatları: Azərbaycan Respublikasının baş müəllimi (1985) - “Qızıl Qələm” mükafatı laureatı (2010)
Əsas iş yeri və ünvanı: Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu, AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 115
Vəzifəsi: Cənubi Azərbaycan ədəbiyaytı şöbəsinin baş elmi işçisi
Əlaqə: mobil tel. (+994 55) 675 27 88; ev tel. (+994 12) 5 61 60 64
Email: islam.garibli@yahoo.com