Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmlər doktorları

Əliyev Cavanşir Əziz oğlu

04-02-2017 [ 21:00 ] [ oxunub:227 ]
printerA+ | A-

Anadan olduğu yer: Masallı rayonu, Ərkivan kəndi

Təvəllüdü: 24.09.1958

Bitirdiyi ali təhsil müəssisəsi: Azərbaycan Dillər Universiteti

Elmi rütbəsi: Baş elmi işçi

Namizədlik (PhD) dissertasiyasının mövzusu: “M.F. Axundovun “Təmsilatı” və Qərbi Avropa Maarifçi dramaturgiyasının ənənələri”

Doktorluq dissertasiyasının mövzusu: “Azərbaycan komediyasının poetikası”

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 360

- xaricdə çıxmış elmi əsərlərinin sayı - 5

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı -2

Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı - 3

Əsas elmi nailiyyətləri: Azərbaycan gülüşünün tarixi, tiupologiyası, yazılı ədəbiyyatda gülüşün spesifikası və sair nəzəri problemlərin şərhi;

 - Elmi əsərlərin tənqidinə yeni metodların tətbiqi, elmi əsərdə öyrənilən mətndən gələn informasiya əsasında uyğun metodun seçilməsi, sistemli analizin tətbiqi;

- Bədii mətnin mətndənkənar əlaqələrlə birlikdə öyrənilməsi;

 - Ənənəvi - nəzəri anlayışların yeni və ultra-yeni metodlar baxımından saf-çürük edilməsi;

- Ədəbiyyat nəzəriyyəsində mövcud olan problemlərlə bağlı əksər nəzəri və filoloji tərcümələrin həyata keçirilməsi və sair.

- Azərbaycan tənqidində müasir ədəbi mətnlərin təhlilində yeni metodların tətbiqi, tənqid haqqında nəzəri yazıların yeni ədəbi texnologiyalar bazasında yazılması.

Elmi əsərlərinin adları: 1. “Bədii mətnin sirləri”, 1998

2. “Ədəbiyyatda yaşamağın formulu”, 1999

3. “Filoloji fantaziya”, 2000

4. “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”, 2003

5. “Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”, 2010

6. “Azərbaycan komediyasının poetikası”, 2011

7. “Gülüş və dünyanın sonu”, 1999

8. “Yaddaşın poetikası”, 2006

9. “Bir söz söylə, bu dünyadan olmasın”, 2003

10. “Bədii mətndə poetik düşüncənin ritmi”, 2013

11. “Elçin haqqında 56 söz”, 2001

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: M.F.Axundov Ensklopediyasının redaksiya heyətinin üzvü;

- “Xəzər” tərcümə toplusunun redaksiya heyətinin üzvü

Pedaqoji fəaliyyəti: Azərbaycan Dillər Universiteti (1992-1993);

- Bakı Slavyan Universiteti, Yaradıcılıq fakültəsi – 2013-2014

Digər fəaliyyəti: Tənqidçilik və tərcüməçilik

Təltif və mükafatları: Prezident təqaüdçüsü (2 dəfə)

Əsas iş yeri və ünvanı: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 115

Vəzifəsi: Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işcisi

Əlaqə: mobil tel. (+994 55) 661 15 61;  ev tel. (+994 12 ) 4 64 61 57

E-mail: djavanshir@gmail.com

SİZƏ MARAQLI OLA BİLƏR