Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-da “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək

11-09-2025 [ 13:26 ] [ oxunub:16 ]
printerA+ | A-
105872

Bu barədə AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Prezident İlham Əliyevin dahi bəstəkarın 140 illiyinin qeyd edilməsi barədə 3 fevral 2025-ci il tarixli Sərəncam imzaladığını diqqətə çatdıran AMEA-nın prezidenti akademik İsa Həbibbəyli sözügedən sənədin icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edildiyini söyləyib. Qeyd edib ki, Tədbirlər planının icrası çərçivəsində 25-26 sentyabr tarixlərində AMEA-nın Folklor İnstitutunun, AR Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçiriləcək simpozium cənab Prezidentin Türk dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində atılmış mühüm addımdır və humanitar və ictimai elmlərin inkişafına öz töhfəsini verəcəkdir.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev çıxış edərək simpozium barədə məlumat verib, tədbirdə dünyanın 10-dan artıq ölkəsindən, o cümlədən türk dövlətlərindən folklorşünaslıq, sənətşünaslıq, mədəniyyətşünaslıq, musiqişünaslıq sahələri üzrə alim və mütəxəssislər tərəfindən məruzələrin təqdim ediləcəyini bildirib və hazırlıq işlərinin artıq yekunlaşdığını söyləyib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR