Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.S.Ordubadinin Anım gününə həsr olunmuş tədbir keçirilib

02-05-2025 [ 15:00 ] [ oxunub:22 ]
printerA+ | A-
105425


Bakı, Şəhər Mədəniyyət Baṣ Idarəsi Məmməd Səid Ordubadinin xatirə muzeyinin təşkilatçılığı illə 1 may Fəxri Xiyabanda görkəmlı ədib, ictimai xadim, Azərbaycanda tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin vəfatının 75-ci ildönūmūnə həsr olunan "Qəlblərdə yaşayan sənətkar"adlı anım tədbiri keçirilib.
Məmməd Səid Ordubadinin xatirə muzeyinin direktor vəzifəsini mūvəqqəti icra edən Rasimə Əhmədova tədbir iştirakçılarını salamlayıb.
Anım tədbirində AMEA-nın Nizami Cəncəvi adına Ədəbiyyat Institutunun əməkdaşları elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygūn Bağırlı, filologiya ellmləri doktoru Esmira Fuad, filologiya ūzrə fəlsəfə doktoru Firudin Qurbansoy çıxış ediblər.

Tədbirdə şairə-publisist Zərəngiz Dəmirçi-Qayalı, Bakıdakı Naxçıvan Nūmayəndəliyinin böyūk məsləhətçisi Ramazan Abbasov, Cəlil Məmməqquluzadə, Əzim Əzimzadə, Cəfər Cabbarlı ev-muzeylərinin direktorları, Ordubadi irsinin tədqiqatçısı Nailə Səmədova, "Aytam"- Usaqların Mədəni Maarifləndirilməsi Ictimai Birliyi, Vətən mūharibəsi  Iştirakçıları və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri Pərvanə Salmanqızı iştirak ediblər. Çıxışlarda ədibin zəngin irsinin dərindən őyrənilməsi, qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması barədə fikirlər söylənib. Nərimanov rayonu 45 saylı tam orta məktəbin şagirdləri ədibin şeirlərini səsləndiriblər. Sonda tədbir iştirakçıları gőrkəmli ədibin məzarını ziyarət ediblər. 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR