Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Seyid Əzim Şirvaninin 190 illiyinə həsr edilmiş respublika konfransı keçiriləcək

23-04-2025 [ 08:54 ] [ oxunub:12 ]
printerA+ | A-
105330

23 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinə həsr edilmiş “Aləmdə səsim var mənim” mövzusunda respublika elmi konfransı (hibrid formatda) keçiriləcək.

KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ

Yalnız konfransın təqviminə müvafiq olaraq tezisləri təqdim olunmuş, həmçinin konfransda çıxış edən müəlliflər rəsmi sertifikat əldə edəcək və məqaləsi konfrans materiallarına daxil olunacaq.

Konfrans ödənişsizdir. Qonaqlama və kitabın çapı müəllifin öz hesabınadır. Konfrans materiallarının çap olunmuş variantını arzu edənlər tezis göndərərkən bildirmələri xahiş olunur.

KONFRANSIN İSTİQAMƏTLƏRİ

- Ədəbiyyatşünaslıq 

- Dilçilik və onun aktual problemləri

- Tarix və coğrafiya elmləri

- Pedaqogika və psixologiya elmləri

- Təbiət və texniki elmlər

KONFRANSIN TƏQVİMİ

Tezisin göndərilməsi üçün son tarix: 12 may 2025-ci il

Tezisin qəbulunun cavablandırılması və proqramın göndərilməsi üçün son tarix: 19 may 2025-ci il

Konfransın keçirilmə tarixi: 23 may 2025-ci il

KONFRANSIN İŞÇİ DİLİ

Azərbaycan

TEZİSİN YAZILMA QAYDALARI

Mətnin formatı: Microsoft Word (*.doc, *.docx), səhifənin formatı: A4, oriyentasiya: kitab, sahələr (yuxarı, aşağı, sol, sağ): 2 sm, şrift: Times New Roman, 12 punt, sətirlərarası interval: 1.5 sm, paraqraf: 1,25, tezisin həcmi: 3-5 səhifə.

TEZİSİN TƏRTİBATI

Tezisin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12), müəllifin adı, soyadı və ata adı. (kiçik hərf, qalın şrift, sağ tərəfdə, şrift 10), elmi dərəcə, elmi ad, vəzifə, e-poçt ünvanı, mobil nömrə (kiçik hərflər, sağ tərəfdə, şrift 10), iş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10), tezisin təqdim olunduğu istiqamət (Nümunə: Təbiət elmləri), xülasə (Azərbaycan və İngilis dilində, şrift 12), açar sözlər (5-7 söz, şrift 12), bir sətir aralı, əsas mətn, mətndə ədəbiyyata istinadın formatı: (5, səh. 100), ədəbiyyat siyahısı mətnin sonunda “İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT” adı ilə verilir və əlifba sırası ilə tərtib edilir.

Tezislər samaxi.konfrans@mail.ru ünvanına göndərilməlidir.

Əlaqə: Azərbaycan  Respublikası, Şamaxı şəhəri.

Tel. (+994 20) 26 9 61 24, (+ 994 51) 624 50 75

©  www.science.gov.az 

SİZƏ MARAQLI OLA BİLƏR