Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Qazax qəhrəmanlıq dastanlarındakı gözəlləşdirmələrin rolu” kitabı nəşr edilib

15-04-2025 [ 16:01 ] [ oxunub:14 ]
printerA+ | A-
105354

         Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 yanvar 2025-ci il tarixli 1 saylı qərarı ilə Türkiyədə “Qazax qəhrəmanlıq dastanlarındakı gözəlləşdirmələrin rolu” kitabı nəşr edilib. Kitabın müəllifləri Bakyt Manatqızı Aitbayeva və Sevil Piriyeva Karamandır.

         Kitabın elmi redaktoru Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və araşdırmaçı-tarixçi Ali Akdır. Kitabın rəyçiləri və Ön söz yazanları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Ağahüseyn Şükürov, Aygün Bağırlı, E.A.Böketov Karağanda Univesitetinin əməkdaşları professorlar Berik Serikbayulı və Muhammedkali İliyasulı Abduovdur.

125 səhifəlik kitab “Astana yayınları” nəşriyyatında çap olunub.

SİZƏ MARAQLI OLA BİLƏR