Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Professor İrma Ratiani: “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsinin ikinci hissəsi həyata keçirilməyə başlanıb"

11-04-2025 [ 12:22 ] [ oxunub:19 ]
printerA+ | A-
105344

Elm müxtəlif xalqların nümayəndələrini birləşdirən məkandır və məhz bu məkan Gürcüstan və Azərbaycan alimlərini bir araya gətirib.

Bu sözləri Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani Akademiyanın Elm Gününə həsr olunmuş tədbirində çıxışında deyib.

İrma Ratiani Azərbaycan elmi ictimaiyyətini Elm Günü münasibəti ilə təbrik edib. Rəhbərlik etdiyi qurumun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə 10 ildən artıq əməkdaşlıq etdiyini vurğulayan professor İrma Ratiani “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin ilk hissəsi artıq yekunlaşıb, aparılan tədqiqatların nəticəsi olan kitab həm gürcü dilində, həm də ingilis dilində “Cambridge Scholars Publishing” nəşriyyat evində işıq üzü görüb.

Layihənin ikinci hissəsinin interdissiplinar olduğunu deyən institut direktoru layihədə ədəbiyyatşünas alimlərlə yanaşı, sənətşünasların, musiqişünasların və digər sahələri təmsil edən alimlərin iştirak etdiyini əlavə edib, akademik İsa Həbibbəyliyə əməkdaşlığa görə təşəkkürünü bildirib. Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda Rəqəmsal Ədəbiyyat Mərkəzinin yaradıldığını qeyd edərək professor AMEA Ədəbiyyat İnstitutunun alimlərini bu sahədə də əməkdaşlıq etməyə dəvət edib.

Çıxışdan sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratianiyə və professor Maka Elbakidzeyə AMEA-nın Təşəkkürnaməsini təqdim edib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR