Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

İsa Həbibbəyli: Süni intellektlə yanaşı, humanitar elmlər də inkişaf etdirilməlidir

09-04-2025 [ 10:54 ] [ oxunub:34 ]
printerA+ | A-
105338

Süni intellekt və texniki elmlərlə yanaşı, humanitar elmlər də inkişaf etdirilməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda deyib.

Akademik qeyd edib ki, elmi inkişaf etdirmək təkcə alimlərin və universitetlərin üzərinə düşən məsələ deyil:

"Elmi inkişaf etdirmək elmin dilinin sadələşməsi ilə həyata keçirilə bilər. Bu da cəmiyyətin ən kiçik fərdindən başlamalıdır. Bu məsələ ilə bağlı çağırışları cəmiyyət üçün əhəmiyyətli hesab edirəm".

Onun sözlərinə görə, hazırda humanitar elmlə sıx əlaqəli olan gen mühəndisliyi dünya üçün aktualdır:

"Cəmiyyəti düşündürən əsas məsələ gen mühəndisləri ilə bağlıdır. Bunun bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğunu yadda saxlamaq lazımdır. Əlbəttə ki, texniki elmlər, süni intellekt, rəqəmsallıq sürətlə inkişaf edir. Bu, dünya üçün çox yaxşıdır. Lakin digər elmləri də gözardı etmək olmaz. Humanitar elmlər də inkişaf etməlidir. Hazırda humanitar elmlərlə əlaqəli olan genetik mühəndislik dünyada aktualdır. Belə sahələr çox faydalıdır və inkişafına təkan vermək lazımdır".

SİZƏ MARAQLI OLA BİLƏR