Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin Elm Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki

27-03-2025 [ 10:02 ] [ oxunub:71 ]
printerA+ | A-
105322

Hörmətli Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları,

Alimlərin peşə bayramı olan Elm Günü münasibətilə Azərbaycan elmi ictimaiyyətini, Milli Elmlər Akademiyasının kollektivini ürəkdən təbrik edirəm.

Elm insan zəkasının işığı, cəmiyyətin hərəkətverici qüvvəsi, yeni nəslin formalaşmasında mühüm əhəmiyyətə malik olan ümumbəşəri və milli sərvətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında imzaladığı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncam rəqəmsal cəmiyyət kimi xarakterizə olunan indiki mərhələdə Azərbaycan elminin qarşısında yeni üfüqlər açır, dövlət səviyyəsində elm adamlarına göstərilən yüksək diqqəti ifadə edir və qarşıda duran məsul vəzifələri müəyyənləşdirir.

Alimlərimizə və elmimizin gənc qüvvələrinə Azərbaycan elminin inkişaf etdirilməsi yollarında yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

İsa HƏBİBBƏYLİ                                    

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

27 mart 2025-ci il

SİZƏ MARAQLI OLA BİLƏR