Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Hophopnamə” sənədli-bədii filminin nümayişi olub

14-03-2025 [ 17:57 ] [ oxunub:19 ]
printerA+ | A-
105297

 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan klassik poeziyasının böyük simalarından biri Mirzə Ələkbər Sabirə həsr olunmuş “Hophopnamə” sənədli-bədii filmi nümayiş
olunub.
Tədbirdə filmin gənclərdən ibarət yaradıcı heyəti, ssenari müəllifi və quruluşçu rejissoru Məmmədəli Əbilov, təsvir rejissoru Tural Fikrətoğlu, ikinci rejissoru Qədir Süleyman, Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva və təcrübəçi tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açaraq Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Şairin fəaliyyətinin filmdə nümayişinə münasibət bildirib.
Həmçinin Sabirin ilk kitabının çapı və maliyyələşməsi haqqında formalaşmış fikrə də aydınlıq gətirib.
Filmin nümayişindən sonra yaradıcı heyət tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR