Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Doktorant və dissertantların mühazirə həftələri davam edir

13-03-2025 [ 17:29 ] [ oxunub:8 ]
printerA+ | A-
105287

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorant və dissertantlar, təcrübəçi tələbələr üçün mühazirə həftələri davam edir.

20.02.2025-ci ildə fil.f.d.,dos.Gülbəniz Babayevanın “Molla Nəsrəddin ədəbi məktəbi” mövzusunda məruzəsi dinlənilmişdir. 25.02.2025 - ci ildə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar İnstitutun doktorant və dissertanları ilə yanaşı təcrübəçi tələbələrin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini fil.f.d.,dos.Mehman Həsənli açaraq Ermənistanın Azərbaycana qarşı planlaşdırdığı etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı və eləcə də Azərbaycan xalqının tarixində həmin dövrdə həyata keçirilən Qaradağlı, Ağdaban, Başlıbel qətliamları haqqında danışdı. Sonra İnstitutun elmi katibi, fil.f.d., dos. Aygün Bağırlının “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda məruzəsi dinlənildi.

6.03.2025-ci ildə filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva doktorant və dissertantlara “Nəcib Fazil Qısakürəyin yaradıcılığında fəlsəfi düşüncə sistemi” mövzusunda məruzə  etmişdir. Məruzədə böyük türk şairi, yazıçı, dramaturq, mütəfəkkir Nəcib Fazil Qisakürəyin yaradıcılığında fəlsəfi düşüncə sistemindən bəhs edilmiş, onun fəlsəfi baxışlarının İslam metafizikası və təsəvvüf ənənələri kontekstində formalaşdığı vurğulanmışdır.  

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR