10.03.2025-ci il tarixində AMEA.Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və istiqlal” mövzusundə mühazirəsi dinlənildi. Mühazirədə Naxçıvan Dövlət Universitetinin Tarix- filologiya fakültəsinin tələbələri ilə yanaşı, AMEA.Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorant və dissertantları, eləcə də İnstitutda təcrübə keçən ayrı-ayrı Universitetlərin tələbələri iştirak edirdilər. Distant və canlı şəkildə təşkil olunmuş mühazirədə professor Tahirə Məmməd Azərbaycan xalqının milli şüurunun inkişafında xüsusi yeri olan Xalq şairi B.Vahabzadənin yaradıcılığında milli kimlik və istiqlal ideyaları məsələsinə toxundu. Siyasi-ideoloji təzyiqlərə baxmayaraq possovet dönəmində B.Vahabzadə yaradıcılığında bədii mətnin alt qatında təzahür edən istiqlal, Türkçülük, Turançılıq, türk birliyi ideyaları və s. məsələlərə aydınlıq gətirildi. Mühazirə auditoriyanın marağına səbəb oldu.