Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Xocalı xoyqırımına həsr olunmuş tədbir keçirildi

26-02-2025 [ 19:03 ] [ oxunub:175 ]
printerA+ | A-
105228

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmış tədbir keçirilib. Tədbirdə Ədəbiyyat İnstitutunun doktorant və dissertantları, həmçinin təcrübəçi tələbələr də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdiyi qanlı faciədən, düşmənin vəhşiliyindən danışıb. 33 il əvvəl soydaşlarımızın qarlı qış günündə soyqırıma məruz qaldığını xatırladıb. Tarix boyu ermənilərin müxtəlif zamanlarda oxşar hadisələr törətdiklərini vurğulayaraq 1905, 1918-ci illərdə də daşnakların soyqırım törətdiyini qeyd edib.
Mehman Həsənli bildirib ki, həmin dövrdə yenicə müstəqilliyinə qovuşan Azərbaycanın siyasi rəhbərliyindəki hərc-mərclikdən, zəiflikdən istifadə edən ermənilər Xocalıda amansız soyqırım törədiblər. Əlavə edib ki, 44 Günlük Vətən müharibəsində Azərbaycan xalqı Xocalıda tökülən günahsız qanların qisasını aldı. Bir neçə gün öncə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Xocalıda olduğunu da diqqətə çatdırıb.
Belə tədbirlərdə gənclərin, o cümlədən Ədəbiyyat İnstitutunun doktorant və dissertantlarının, təcrübəçi tələbələrinin də iştirakının xüsusi əhəmiyyətindən söz açıb.
Daha sonra elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı mövzu ilə bağlı məruzə edib, faciə qurbanlarının statistikasını bir daha yada salıb. Soyqırım nəticəsində bir neçə ailənin bütünlüklə məhv edilməsini, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc sakinin qətlə yetirilməsini, 1275 nəfərin əsir götürülməsini bildirib. Bu soyqırımda 8 ailənin tamamilə məhv
edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini də yada salıb. Faciə ilə bağlı yazılmış bədii nümunələrdən danışıb.
Həmçinin özünün də Ağdamda məktəbdə oxuduğu  faciə qurbanlarının fəlakətlərinə şahid oluğunu bildirib. 1994-cü ildə Ulu öndər Heydər Əliyevtərəfindən Xocalı soyqırımının Xocalı faciəsi günü elan olunduğunu deyib.

Prezident İlham Əliyevin isə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzaladığını vurğulayıb.
Tədbirdə Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva, Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR