AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorant və dissertantlar üçün mühazirə həftələri davam edir.
16.01.2025 – ci ildə fil.e.d. professor Asif Rüstəmlinin “Repressiya və ədəbiyyat”, 23.01.2025-ci ildə fil.e.d., dos.Esmira Şükürovanın (Esmira Fuad) “Güney Azərbaycanda ana dili məsələsi, dünən, bu gün, sabah”, 31.01. 2025-ci ildə fil.e.d. Rəhim Əliyevin “Nəsimidə hürufi ehkamları”, 7.02.2025 –ci ildə fil.e.d, dos. Cavanşir Əliyevin (Yusifli) “Müasir ədəbi tənqid və onun nəzəri aspektləri”, 13.02.2025 – ci ildə fil.f.d. dos. Xanım Zairovanın “Müqayisəli ədəbiyyatşünaslıq” mövzusunda mühazirələri keçirilib. Canlı, maraqlı suallar doğuran, disskusiya şəraitində keçən mühazirələr doktorant və dissertantların marağına səbəb olub.
XATIRLATMA
20.02.2025-ci il tarixində fil.f.d. dos. “Molla Nəsrəddin ədəbi məktəbi” mövzusunda mühazirəsi keçiriləcək.
Doktorant və dissertantların iştirakı vacibdir!