Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Filologiya elmləri doktoru, dosent Pərvanə Bəkir qızı İsayeva vəfat edib

14-02-2025 [ 10:13 ] [ oxunub:128 ]
printerA+ | A-
105194

Görkəmli alim Pərvanə Bəkir qızı İsayeva 11.06.1969 cu ildə Bərdə şəhərində anadan olmuşdur. Əslən Qarabağın dilbər guşəsi - Laçın şəhərindən olan Pərvanə xanım bu torpağın yetirdiyi ziyalılardan idi. Azərbaycan elmində misilsiz xidmətləri ilə yadda qalan Pərvanə xanım 2003-cü ildə “Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri” mövzusunda namizədlik, 2016-cı ildə “XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkür (nəsr və dramaturgiya əsasında)”mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Müəllifin “XX əsr Azərbaycan dramaturgiyasında İblis obrazının dini-mifoloji qaynaqlarına dair”, “Dastan poetikası və nəsr”, “Mifopoetika və filoloji fikirdə mif konsepsiyaları”, “Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu”, “Faciə janrının poetikası və tədqiqi problemləri” adlı monoqrafiyaları və məqalələri bir çox yerli və xarici tədqiqatçıların istinad etdiyi mənbələr sırasında yer alır. Pərvanə xanımın tədqiq etdiyi sahələrdən biri olan mifologiya elə bir istiqamətdir ki, orada xalqın ruhu, millilik, soy-kökə bağlılıq möhkəmdir. Bu sahədə araşdırma aparan tədqiqatçıda bu hisslər mütləq şəkildə ən yüksək səviyyədə özünü göstərməlidir.
Çünki bu sahənin araşdırmaçısı milli mənlik hissindən, soy-kökə bağlılıqdan uzaq olsa, uğurlu nəticələrə gəlib çıxa bilməz. Pərvanə xanım Bəkirqızı sözün əsl mənasında millətinə, dövlətinə, kökünə, adət-ənənəsinə, folkloruna, ədəbiyyatına, tarixinə bağlı bir alimdir. Belə bir alimi vaxtsız itirdiyimiz üçün dərindən kədər hissi keçirdirik. Pərvanə xanımın elmi-nəzəri fikirləri, ideyalari hər zaman məsləkdaşları tərəfindən davam etdiriləcək və yaşadılacaq.
Filologiya elmləri doktoru, dosent Pərvanə xanım Bəkirqızı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi idi.  Allah rəhmət eləsin.

SİZƏ MARAQLI OLA BİLƏR