Hörmətli AMEA-nın rəhbərliyi,
İlk öncə, bizə göstərdiyiniz diqqət və əmək üçün təşəkkür edirik. Lakin son vaxtlar bizim ünvanımıza, bizə layiq olmayan cümlələr yazıldığına və ödənişlərin bilərəkdən 1 aydan çox müddətdə gecikdirildiyinə müşahidə etdik. Bu səbəbdən səsimizin sizə və KİV-ə çatdırmaq üçün bu mesajı buradan yazırıq!
Müqavilə və ya AKT-larda imzalanma və möhürlənmə mərhələsindən əvvəl, hər hansı bir sətr və ya texniki xəta aşkarlandıqda, ağardıcı (korrektor) vasitəsilə düzəliş aparmaq heç bir hüquqi problem yaratmır.
Əsas şərt odur ki, aşağıdakı tələblərə əməl olunsun:
➡️ Bu halda sənəd tam etibarlı hesab olunur və ödənişin həyata keçirilməsinə maneə yoxdur.
“Düzəliş tərəflərin qarşılıqlı razılığı ilə, imzalanmazdan əvvəl edilib və hər iki tərəf tərəfindən təsdiqlənib.”
Ağardıcı ilə düzəlişin məqsədi:
Sənədin məzmununda əsas dəyişiklik yoxdur, yalnız qrammatik/texniki uyğunsuzluq düzəldilir.
Tərəflərin razılığı:
1) Hər iki tərəf razıdırsa və düzəliş aydın görünür (imza və möhür var),
2) Hüquqi problem yaranmaz.
Ödəniş prosesi:
Müqavilənin əsas şərtləri dəyişmədiyi üçün, ödəniş gözləməyə alınmamalıdır. Yəni hesab təqdim edilibsə, ödəmə həyata keçə bilər, çünki dəyişiklik yalnız texniki səviyyədədir.
2025 - 2013 = 12 il ərzində arxiv fayllarının saxlanması üçün AMEA üçün Time4Soft MMC tərəfindən əlavə server təmin edilib. Bu server vebsaytın həcmi qədər məlumatı saxlayır, çünki orada sürətli arxivləşdirmə prosesi həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, il ərzində 5000 AZN-dən yuxarı ödəniş edə bilmədiyiniz üçün, Time4Soft MMC bu serveri öz resursları hesabına təşkil edib. Yəni server xərcləri faktiki olaraq bizim tərəfimizdən qarşılanıb.
Biz AMEA-ya hər zaman dəstək olmağa çalışmışıq, çünki bu dövlətimizin resursudur və burada hörmətli İsa Həbibbəylinin adı var.
Xəzinədarlığa bildirilsin ki,
təqdim edilmiş e-qaimə 15 gün ərzində ödənilmədikdə, hər gecikdirilən günə görə cərimə hesablanır. Hal-hazırda 1 ay keçməsinə baxmayaraq, ödəniş hələ də həyata keçirilməyib.
AKT və Müqavilə fərqi:
Ona görə də, “PR Google” və “Vebsaytın Google-da yüksəldilməsi” eyni xidməti fərqli şəkildə ifadə edir və hüquqi baxımdan ziddiyyət yaratmır.
Əgər istəyirsinizsə, biz sizə ümumi borcun dəqiq hesablamasını təqdim edə bilərik.