28 yanvar 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq" layihəsi çərçivəsində Cavid Zeynallının “Həmin işıqlı günlər” adlı hekayələr kitabının müzakirəsi keçirildi. Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları - aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid; böyük elmi işçi, yazıçı Mənzər Niyarlı; kiçik elmi işçi Hənifə Səlifova (moderator); doktorant Səbirə Müzəffərli; Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, oxucu, filoloq Qəndab Əliyeva iştirak edirdilər.