Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Arif Səfiyev. Dramaturgiyamız komizm işığında

30-01-2025 [ 09:54 ] [ oxunub:22 ]
printerA+ | A-
105168

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uzun illər fəaliyyət göstərmiş, filologiya elmləri doktoru, professor Arif Səfiyevin (1934-2024) “Dramaturgiyamız komizm işığında” adlı kitabı çap edilib. Alimin 90 illik yubileyi münasibətilə hazırlanan kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib.
Kitabı filologiya üzrə fəlsəfə doktoru, dosent Safurə Quliyeva tərtib edərək çapa hazırlayıb. Elmi redaktoru filologiya elmləri doktoru, professor
Şirindil Alışanlıdır. Kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hicran Nəsibova və Tahir Məsimovdur.
528 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Alimin 70 illiyi münasibətilə filologiya elmləri doktoru Şamil Salmanovun yazdığı “Janra sədaqət” və 75 illiyində filologiya elmləri doktoru Zaman Əsgərlinin yazdığı “Komik gülüşün sərrafı” məqalələri “Ön söz” əvəzinə verilib. Həmçinin tərtibçi Safurə Quliyevanın “İşıqlı alim, əməlisaleh insan” məqaləsi də kitaba daxiledilib. Kitabda ədəbiyyatşünas alim Arif Səfiyevin müxtəlif qəzet və jurnallarda 1964-2007-ci illərdə çap edilmiş məqalələri və Ədəbiyyat İnstitutu tərəfindən 1976-1984-cü illərdə hazırlanmış “Ədəbi proses” kitablarında müəllifi olduğu “Dramaturgiya” oçerkləri daxil edilib. Toplunun sonunda Arif Səfiyevin arxivindəki gənclik illərində yazıb heç yerdə çap etdirmədiyi lirik şeirləri və birsıra şəkilləri də təqdim olunub.

SİZƏ MARAQLI OLA BİLƏR