Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Repressiya və ədəbiyyat mövzusunda mühazirə keçirildi

17-01-2025 [ 11:19 ] [ oxunub:39 ]
printerA+ | A-
105148

Yanvar ayının 16-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun magistrləri üçün təşkil edilmiş növbəti mühazirə keçirildi. Professor Asif Rüstəmlinin "Repressiya və ədəbiyyat" mövzusunda maraqla dinlənilən məruzəsi gənclərin tarixi hadisələrə yeni və fərqli baxışlarını əks etdirən müzakirələrlə davam etdi.  70 illik Sovet rejimi məngənəsində Azərbaycanın sıxıntıları və acıları az olmamışdır. Repressiyanın ədəbiyyatımızda qan izləri Bakıdan Solovkiyə - "buzlu cəhənnəm"ə qədər uzanır. Xronoloji çərçivəsi isə Firidun bəy Köçərlinin güllələndiyi andan (1920-ci il 5 iyun) Xəlil Rza Ulutürkün Lefertovo zindanına salındığı günədək (1990-cı il 26 yanvar) 70 illik dövrü əhatə edir.
Gənc araşdırmaçıların professor Asif Rüstəmliyə ünvavanlanmış suallarından onların seçdiyi elm sahəsinə bağlılığı və vətənimizin gələcəyinə ümidləri, ürək çırpıntıları hiss olunurdu.

Bakı, 16.01.2025
 

SİZƏ MARAQLI OLA BİLƏR