Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Akademiya əməkdaşlarına təbriki

31-12-2024 [ 20:53 ] [ oxunub:1056 ]
printerA+ | A-
105133

Hörmətli həmkarlar!

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu əlamətdar gün hər birimiz üçün Azərbaycan xalqının birliyinin, milli kimliyimizin və tarixi dəyərlərimizin təntənəsi olmaqla yanaşı, Azərbaycançılıq ideyasının möhkəmlənməsi və dünya azərbaycanlılarının həmrəyliyinin ən yüksək ifadəsidir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən milli həmrəyliyimizin nişanəsi olaraq təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünya miqyasında milyonlarla soydaşımız tərəfindən qürurla qeyd olunur və xalqımızın milli dəyərlərinə bağlılığını, Vətən sevgisini əks etdirir.

Son illərdə isə Prezident İlham Əliyevin Liderliyində milli birliyimiz və həmrəyliyimiz qırılmaz bağlarla daha da güclənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq səviyyədə milli maraqlarımızı qətiyyətlə qorumaqla yanaşı, dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsi üçün möhkəm zəmin yaratmışdır. Dövlət başçısının məqsədli siyasəti nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq miqyasda güclü, nüfuzlu bir dövlətə çevrilmişdir. Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi isə bunun ən bariz nümunəsidir və Azərbaycan dünya miqyaslı konfransı yüksək səviyyədə təşkil etməklə qlobal problemlərin həllinə öz töhfəsini vermişdir.

Milli həmrəylik Azərbaycan xalqının ən dəyərli sərvətlərindən biridir və bu həmrəyliyin kökündə ilk növbədə Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dayanır. Son illərdə AMEA-da Azərbaycançılıq ideologiyasının daha da dərinləşdirilməsinə, milli birliyimizin gücləndirilməsinə, milli kimliyimizin qorunmasına töhfə verən silsilə tədqiqatlar aparılır, Azərbaycan alimləri dövlətimizin inkişafına öz töhfəsini verməyə davam edir.

Hörmətli Akademiya əməkdaşları, Sizi əlamətdar günlər münasibətilə təbrik edir, Yeni ildə hər birinizə sağlam və firavan günlər, elmi fəaliyyətinizdə uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Akademik

SİZƏ MARAQLI OLA BİLƏR