Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda ilin yekunları ilə bağlı müşavirə keçirilib

29-12-2024 [ 19:51 ] [ oxunub:130 ]
printerA+ | A-
105142

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2024-cü ilin yekunları ilə bağlı daxili müşavirə keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, müəssisənin rəhbərliyi və bir sıra şöbələrin müdirləri iştirak ediblər.

İclasda 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 7-ci cildinin (I kitab) nəşrinin tamamlanması, eləcə də “Ədəbiyyat tarixi”nin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” cildinin nəşrə hazırlıq vəziyyəti və digər məsələlər müzakirə olunub.

Direktor müavini filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, şöbə müdiri filologiya elmləri doktoru Asif Rüstəmli və başqaları müzakirəyə çıxarılan nəşrlər barədə məlumat veriblər.

Akademik İsa Həbibbəyli çapı nəzərdə tutulan çoxcildlik nəşrlərin vaxtında və keyfiyyətlə hazırlanması barədə müvafiq tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb.

AMEA rəhbəri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, elmi-tədqiqat müəssisəsinin kollektivinə növbəti ildə uğurlar arzulayıb.

SİZƏ MARAQLI OLA BİLƏR