Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin 1 noyabr 2024-cü il 207 saylı sərəncamına əsasən AMEA. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ixtisas fənni üzrə doktorluq imtahanlarının keçirilməsi ilə əlaqədar imtahan komissiyası yaradılmış, doktorluq imtahanları üzrə qış imtahan sessiyası keçirilmişdir.
10 dekabr 2024-cü il tarixində 5716.01- “Azərbaycan ədəbiyyatı”, 5718.01 –“Dünya ədəbiyyatı” , 13 dekabr 2024-cü il tarixində 5715.01- “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasları üzrə təşkil edilən doktorluq imtahanıında 4 ixtisas üzrə 8 nəfər iştirak etmişdir.
İddiaçılardan 3 nəfər “Azərbaycan ədəbiyyatı”, 1 nəfər “Dünya ədəbiyyatı”, 2 nəfər “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, 2 nəfər “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə imtahan vermişdir.