Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Ofelya Nağıyeva-İsmayılova. Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər

12-12-2024 [ 10:50 ] [ oxunub:9 ]
printerA+ | A-
105073

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi Ofelya Nağıyeva-İsmayılovanın “Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər” (Məqalələr toplusu) kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun
Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli 6 saylı qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Ön sözün müəllifi və rəyçi filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, digər rəyçi isə filologiya elmləri doktoru, dosent Lyudmila Səmədovadır.
296 səhifəlik kitabda müəllif rus dilindən Azərbaycan dilinə edilmiş tərcümələrin tarixinə nəzər salır, onların variant müxtəlifliyi, güclü və zəif
cəhətlərinin bəzi səciyyəvi xüsusiyyətlərini araşdırır, orijinalın fikir və obrazlar sistemi daxilində tərcüməçinin yaradıcılıq axtarışlarını təhlil edir.

SİZƏ MARAQLI OLA BİLƏR