Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Vyanada dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib

28-11-2024 [ 10:51 ] [ oxunub:34 ]
printerA+ | A-
105026

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən şair və filosof Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Qəlbimdəki şair” (Der Poet in mir) adlı ədəbi-musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi şairin 530 illiyi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan dilində poeziyanın mükəmməl nümunələrini yaradan, dilimizi daha da zənginləşdirən M.Füzuli özündən sonra zəngin ədəbi-bədii irs qoymuş, sanballı ədəbi məktəb formalaşdırmış, bir çox tanınmış şairlər özlərini onun şagirdi hesab etmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanı bəstələyərkən məhz Füzuli yaradıcılığına müraciət etməsi və onun “Leyli və Məcnun“ poemasını əsas götürməsi də təsadüfi olmamışdır.

Sonra tanınmış musiqiçi Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblı konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan muğamı və xalq mahnıları klassik alman və ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim olunub, həmçinin görkəmli şairin şeirləri bədii qiraətçi tərəfindən səsləndirilib.

Konsertdə Fikrət Əmirov, Ali Ufki, Qazi Giray Xan, Dieqo Ortiz, Samuel Şaydt, Con Dauland, Mixael Pretorius kimi bəstəkarlarla yanaşı, Azərbaycan muğamları, xalq mahnıları və rəqsləri barokko dövrünə aid musiqi alətlərinin təqdimatında böyük maraq və alqışlarla qarşılanıb.

SİZƏ MARAQLI OLA BİLƏR