Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəylinin “XIX əsr polyak ədəbiyyatında Azərbaycan mövzu və təəsüratları” monoqrafiyası Polşada işıq üzü görən İnstitut əməkdaşlarına məxsus ilk kitabdır. Polyak dilində çap olunan kitab müəllifin anası Xanımana Əlibəylinin xatirəsinə ithaf olunub.
Monoqrafiyanın elmi redaktoru mərhum akademik Bəkir Nəbiyevdir. Nəşrin üz qabığında müəllif haqqında ətraflı məlumat da verilib. Tədqiqat XIX əsr Azərbaycan klassik ədabiyyatının nümayəndələri haqqındadır. Eyni zamanda polyaklar tərəfindən Azərbaycana həsr edilmiş əsərlər də kitaba daxil edilmiş, onlar da araşdırmaya cəlb olunmuşdur. 152 səhifəlik kitab Giriş, üç fəsil və Nəticədən ibarətdir.