Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəyli Polşada keçirilən konfransda iştirak edib.
Varşava Universiteti, Şərqi Avropa Universiteti, Xaric üçün Polyak Radiosunun birgə təşkilatçılığı ilə “İmperializm və kononializm sovetşünas
alimlərin tədqiqatlarında” başlığı altında keçirilən “XX Yubiley Beynəlxalq Prometey Konfransı”nda professor Gülər Abdullabəyli Məmməd Əmin Rəsulzadədən bəhs edən məruzə ilə çıxış edib. Həmçinin tərcümə etdiyi Məmməd Əmin Rəsulzadənin “Azərbaycan müstəqillik uğrunda mübarizədə” (Polyak-Azərbaycan əlaqələri) kitabını konfransın təşkilatçılarına hədiyyə edib.
Qeyd edək ki, konfransın təşkilatçılarından biri BSU-nun məzunu, filologiya elmləri doktoru, Gülər Abdullabəylinin tələbəsi Şəhla Kazımovadır.