Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində seminar-məşğələ keçirilib

31-10-2024 [ 13:59 ] [ oxunub:13 ]
printerA+ | A-
104979

AMEA-nın Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində seminar-məşğələ keçirilib.

Müki müdafiə şöbəsinin Tədbirlər planına uyğun olaraq keçirilən seminar-məşğələdə şöbənin əməkdaşları və  AMEA-nın elmi müəssisə və təşkilatlarının hərbi uçot, bronetmə işlərini aparan İnsan resursları şöbələrinin müdirləri və mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şöbənin rəisi Nizami Vəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. N.Vəliyev bildirib ki, hərbi vəzifəlilərin hərbi uçotunun aparılması, illik statistik hesabatın hazırlanması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 avqust 2005-ci il tarixli 275 nömrəli Fərmanına və digər hüquqi-normativ sənədlərə əsaslanır. Bundan irəli gələrək AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən imzalanmış AMEA Rəyasət Heyəti aparatında, elmi müəssisə və təşkilatlarda hərbi vəzifəlilərin hərbi uçotunun aparılması, illik statistik hesabatın hazırlanması haqqında 14 oktyabr 2024-cü il tarixli 194 nömrəli Sərəncamında göstərilən tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə ciddi önəm verilməlidir.

Sonra şöbənin aparıcı mütəxəssisi Bahar Həsənova AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçotun aparılması, səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsi, illik statistik hesabatın hazırlanması haqqında geniş məlumat verib. Çıxışını video-təqdimat üzərində quran B.Həsənova iştirakçıları maraqlandıran suallara cavab verib, yarana bilən problemlərin aradan qaldırılması üçün təlimatlarını çatdırıb.

Tədbirin sonunda şöbənin rəis müavini Hikmət Babayev bir sıra cari məsələlər haqqında məlumat verib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR