Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Milli Kitabxanada akademik İsa Həbibbəylinin yaradıcılığına həsr edilən sərgi təqdim olunub

16-10-2024 [ 12:12 ] [ oxunub:338 ]
printerA+ | A-
104929

Sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, monoqrafiyaları, tərcümələri, redaktə etdiyi, rəyçi və məsləhətçi olduğu, ön söz yazdığı kitablar, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə materiallar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Akademik İsa Hәbibbәyli Azәrbaycan әdәbiyyatşünaslığının inkişafında xüsusi xidmətləri olan görkәmli alimlәrimizdәndir. O, elmi-әdәbi mühitindә görkәmli Cәlil Mәmmәdquluzadәnin tədqiqatçısı kimi qәbul olunur. Alimin “Cәlil Mәmmәdquluzadә” “Zamanın dühası”, “Cәlil Mәmmәdquluzadә: mühiti vә müasirlәri” vә digər әsәrlәri elmi ictimaiyyәt tәrәfindәn rәğbәtlә qarşılanıb.

Ümumiyyətlə, İsa Hәbibbәyli klassik әdәbiyyatşünaslıq әnәnәsi zәminindә formalaşan, әdәbiyyatın bütün dövrlәri vә görkәmli nümayәndәlәri haqqında professional sәviyyәdә dәrin elmi söz deyә bilәn, universal dünyagörüşә malik görkәmli tәdqiqatçı alimdir. Alimin Nizami Gәncәvi, İmadәddin Nәsimi, Mәhәmmәd Füzuli, Mirzә Fәtәli Axundzadә, Hüseyn Cavid, Әlibәy Hüseynzadә, Mәhәmmәdhüseyn Şәhriyar, Sәmәd Vurğun, Mirzә İbrahimov, Mir Cәlal Paşayev, Rәsul Rza, Bәxtiyar Vahabzadә vә başqalarının hәyat vә yaradıcılığına hәsr edilmiş tәdqiqatları Azәrbaycan әdәbiyyatşünaslığının qiymәtli elmi örnәklәridir.

Həmçinin Azәrbaycan altmışıncılarının - Xalq yazıçıları Anar, Elçin vә Yusif Sәmәdoğlunun, Xalq şairlәri Fikrәt Qoca vә Vaqif Sәmәdoğlunun yaradıcılıqları İsa Hәbibbәylinin tәdqiqatları sırasında mühüm yer tutur.

Akademik İsa Hәbibbәyli elm xadimi kimi beynәlxalq miqyasda da tanınır. O, müxtәlif illәrdә Türkiyә, Rusiya, Çin, Fransa, Almaniya, Bolqarıstan, Polşa, Macarıstan, Cәnubi Koreya, İran, Misir, Qazaxıstan, Türkmәnistan, Özbәkistan, Gürcüstan və Qırğızıstanda ölkә elmini layiqincә tәmsil edib. Onun әsәrlәri Azәrbaycan dilindәn başqa, ingilis, türk, rus, fransız, әrәb, urdu, polyak, macar, gürcü, litva dillәrindә dә çap olunub. Bir neçə xarici ölkələrin elmlər akademiyalarının üzvü seçilib.

SİZƏ MARAQLI OLA BİLƏR