Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Süleyman Rəhimov. Oxucu məktubları

11-10-2024 [ 16:43 ] [ oxunub:79 ]
printerA+ | A-
104914

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Ədalət Rəsulovanın tərtibatında “Süleyman Rəhimov” Oxucu məktubları" kitabı (Bakı: "İmza" NE, 2024, 176 s.) nəşr olunub.
Nəşrin ideya müəllifi filologiya elmləri doktoru, professor Şirindil Alışanlı olub.  “Zamanın hüdudlarını aşan sənətkar” başlıqlı Ön sözün müəllifi, kitabın tərtibçi-müəllifi və nəşrə hazırlayanı Ədalət Rəsulovadır.

Arxiv materialları əsasında hazırlanan kitab yazıçı, ədəbiyyatşünas və publisist Süleyman Rəhimovun xatirəsinə həsr olunub. Kitabda Süleyman Rəhimova ünvanlanmış oxucu məktublarının surətləri, yazıçıya aid fotolar,mükafat və teleqramların əksi toplanılıb.

SİZƏ MARAQLI OLA BİLƏR